"Füzuli"ni 2-ci pilləyə yüksəldən qələbə - VİDEO

18:30 - 12 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Füzuli" öz meydanında "Dinamo"nu qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 35-ə yüksəldən "Füzuli" ikinci pilləni ələ keçirib. 19 xalı olan "Dinamo" isə 9-cu yerdədir.

"Füzuli" - "Dinamo" 3:2
Qollar: 
Elvin Nəsibov, 51, 62, Emin Quliyev, 54 - Valeh Seyidov, 20 (pen), Fizuli Dəmirov, 80

Xəbər xətti