"Şəmkir" evdə qələbə qazandı - VİDEO

20:20 - 12 Mart 2024

Futbol üzrə Azərbaycan II Liqasında XVI tura yekun vurulub.

Sportal.az xəbər verir ki, bu gün "Şəmkir" doğma meydanda "Şəfa"nı qəbul edib. Qarşılaşma bölgə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 9-a yüksəldən "Şəmkir" turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb. 7 xalı olan "Şəfa" isə sonuncu yerdədir.

"Şəmkir" - "Şəfa" 2:0
Qollar:
 Məzahir Əhmədov, 23, İlkin Əliyev, 48
Qırmızı vərəqə: Nicat Abbasov, 28, Ramiz Qasımov, 33 (hər ikisi "Şəfa")

Xəbər xətti