"Trabzonspor" ulduz futbolçunu transfer etmək istəyir

15:56 - 23 Mart 2024

Marko Roys mövsümün sonunda "Borussiya"dan ayrılacaq.

Sportal.az xəbər verir ki, 34 yaşlı hücumameyilli yarımmüdafiəçi Dortmund təmsilçisi ilə yayda başa çatan müqaviləsini yeniləməyəcək.

Bir çox klublar ulduz futbolçunu heyətinə qatmaq istəyir. Onların arasında "Trabzonspor" da var. Türkiyə klubu təcrübəli vingerin meneceri ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Marko Roys 2012-ci ilin yayından "Borussiya"da çıxış edir. Alman futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 rəsmi matçda 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti