"Şahdağ Qusar"ın "Lerik" üzərində qələbəsi - VİDEO

22:15 - 2 Aprel 2024

Azərbaycan II Liqasında XIX turun görüşləri davam edir.

Sportal.az xəbər verir ki, bu gün "Şahdağ Qusar" öz meydanında "Lerik"i qəbul edib. Qarşılaşma şimal bölgəsi təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xallarını 38-ə yüksəldən "Şahdağ Qusar" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. 16 xalı olan "Lerik" isə 11-ci yerdədir.

"Şahdağ Qusar" - "Lerik" 2:1
Qollar:
Tural Qurbatov, 46, Famil Camalov, 47 - Penci Ağazad, 42

Xəbər xətti