"Mançester Yunayted" "Mançester Siti"nin sabiq forvardını istəyir

15:33 - 26 May 2025

"Mançester Yunayted" yeni forvard axtarışındadır.

Sportal.az "The Sun"a istinadən xəbər verir ki, "İpsviç"in futbolçusu Liam Delap Mançester təmsilçisinin əsas transfer hədəfinə çevrilib.

22 yaşlı hücumçu üçün 30 milyon avro ödənilməlidir. İngilis hücumçu bu mövsüm 39 görüşdə 12 qol vurub, 2 asist edib. 

"Mançester Siti"nin sabiq üzvü "Stok Siti", "Preston", "Hall Siti"də də çıxış edib.

Xəbər xətti