"Mançester Yunayted"dən 60 milyon avro tələb edirlər

20:56 - 26 May 2025

"Brentford"un futbolçusu Brian Mbemo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" kamerunlu vingeri transfer etmək istəyir. Bu barədə yerli mətbuat məluumat yayıb.

"Qırmızı  şeytanlar" Mbemo üçün "Brentford"la danışıqlara başlayıb. Klubu 25 yaşlı oyunçu üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki,  "Brentford" Brian Mbemonu 2019-cu ilin yayında  "Trua"dan transfer edib. Kamerun millisinin üzvü bu mövsüm Premyer LLiqa təmsilçisinin heyətində meydana çıxdığı 42 rəsmi matçda 20 qol və 9 məhsuldar ötürmə  ilə  yadda qallıb.

Xəbər xətti