Premyer Liqanı tərk edən "İpsviç Taun"un hücumçusu Liam Delapın yeni klubu müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Çelsi" ingilis futbolçunun transferini yekunlaşdırıb. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu Delap üçün "İpsviç Taun"a 30 milyon funt-sterlinqlik sərbəstqalma məbləğini ödəyəcək. 22 yaşlı forvard tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.
Qeyd edək ki, "İpsviç Taun" Liam Delapı mövsümün əvvəlində "Mançester Siti"dən transfer edib. İngiltərə millisinin üzvü başa çatan mövsümdə Premyer Liqada meydana çıxdığı 37 matçda 12 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi