"Beşiktaş"a transferi baş tutmadı, İngiltərədə qalacaq

19:51 - 18 İyul 2025

"Beşiktaş"a transferi baş tutmayan Kayl Uolker-Petersin yeni klubu müəyyənləşib.

Sportal.az xəbər verir ki, ingiltərəli futbolçu ölkəsində qalacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Uolker-Peters "Vest Hem"lə anlaşıb. 28 yaşlı sağ cinah müdafiəçisi London klubu ilə 3 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Kayl Uolker-Petersin son klubu "Sauthempton" olub. 28 yaşlı futbolçunun İngiltərə klubu ilə müqaviləsi 30 iyun tarixində başa çatıb.

Xəbər xətti