"Çelsi"nin futbolçusu "Beşiktaş"ın hədəfində

13:55 - 10 Oktyabr 2025

"Çelsi"nin müdafiəçisi Aksel Disasi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Beşiktaş" fransalı futbolçunu transfer etmək istəyir.

"Qara qartallar" Disasini yanvar ayında heyətinə qatmağa çalışacaq. İstanbul nəhənginin planı 27 yaşlı mərkəz müdafiəçisini satınalma bəndi ilə icarəyə götürməkdir.

Qeyd edək ki, "Çelsi" Aksel Disasini 2023-cü ilin yayında "Monako"dan 45 milyon avroya transfer edib. Futbolçu baş məşqçi Entso Mareskanın qərarı ilə London təmsilçisinin əsas komandasından uzaqlaşdırılıb.

Xəbər xətti