Paulo Dibalaya sürpriz təklif

21:13 - 20 Oktyabr 2025

"Roma" ilə müqaviləsi mövsümün sonunda başa çatan Paulo Dibala karyerasını Braziliyada davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Flamenqo" argentinalı hücumçunu heyətinə qatmaq istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

Braziliya klubu Dibalaya 2 illik müqavilə təklid edib. 31 yaşlı futbolçu digər variantları nəzərdən keçirmək üçün hələ ki "Roma"nın yeni sözləşmə təklifini qəbul etməyib.

Qeyd edək ki, Paulo Dibala 2022-ci ilin yayında "Yuventus"dan ayrıldıqdan sonra azad agent statusu ilə "Roma"ya keçib. Argentina millisinin üzvü bu mövsüm paytaxt təmsilçisinin heyətində 5 rəsmi matçda meydana çıxıb.

Xəbər xətti