"Qarabağ"ın rəqibində ayrılıq iddiaları artdı - məşqdə iştirak etmədi

09:34 - 13 Noyabr 2025

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi olan "Napoli"də Antonio Kontenin komandadan ayrılacağı iddiaları hələ də aktivdir.

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis Neapol təmsilçisinin son məşqində iştirak etməyib.

Bu, onun komandadan ayrılacağı ilə bağlı ehtimalları artırıb. Lakin klub onun şəxsi işləri ilə əlaqədar olaraq, düşərgədə olmadığını iddia edib.

Onun bu gün keçiriləcək məşqdə iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, "Napoli" “Qarabağ”ın UEFA Çempionlar Liqasındakı rəqiblərindəndir. "Qarabağ" ilə "Napoli" arasındakı oyun noyabrın 26-da Neapolda baş tutacaq.

Xəbər xətti