Almaniya millisinin futbolçusu Serj Qnabri “Bavariya”da qala bilər.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 30 yaşlı futbolçuya 1+1 şərti ilə müqavilə təklif edib.
Hazırda tərəflər arasında danışıqlar davam etdirilir.
Qnabri hələ ki tam qərarını verməyib. “Arsenal”, “Vest Bromviç”, “Verder”, “Hoffenhaym” klublarında oynamış Almaniya millisinin üzvü 2017-ci ildən “Bavariya”ya məxsusdur.
