"Beşiktaş" ukraynalı üçün danışıqlara başladı

11:33 - 13 Noyabr 2025

Ukrayna millisinin və “Dinamo”nun (Kiyev) yarımmüdafiəçisi Mikola Şaparenko karyerasını Türkiyədə davam etdirə bilər.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Beşiktaş” 27 yaşlı futbolçunun transferi üçün onun meneceri ilə danışıq aparır. “Dinamo” ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Şaparenko “İlyiçevets”in yetirməsidir və 2018-ci ildən “Dinamo”nun (Kiyev) formasını geyinir.

Ukraynalı özü də, Türkiyəyə yollanaraq “Beşiktaş”la müqavilə imzalamağa müsbət yanaşır.

Xəbər xətti