"Barselona" yapon hücumçunun transferini planlaşdırır

11:47 - 18 Dekabr 2025

“Barselona” yapon futbolçu ilə maraqlanır.

Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisinin skautları Yaponiyanın U-17 yığma komandasının hücumçusu Minato Yoşidanı izləyir.

İspaniya nəhəngi mövsümün sonunda mərkəz hücumçusunu transfer etməyi planlaşdırır.

Hazırda “Kaşima Antlers”in formasını geyinən Yoşida özü də Avropada oynamaqda maraqlıdır.

Yaponiyada U-18 liqasında 14 matçda 10 qol, 2 asistlə oynayan futbolçunun "Kaşima Anlers"lə müqavilə müddəti 2028-ci ilə qədərdir.
 

Xəbər xətti