UEFA Konfrans Liqasında Liqa mərhələsinə yekun vurulub.
Sportal.az xəbər verir ki, 36 komanda arasında 1-8-ci yerləri tutanlar birbaşa 1/8 finala, 9-24-cü yerlər isə pley-off mərhələsinə yüksəlib.
1/8 finala vəsiqə qazananlar komandalar bunlardır:
“Strasburq” (Fransa), “Rakuv” (Polşa), “Şaxtyor” (Ukrayna), “Sparta” (Çexiya), “Rayo Valyekano” (İspaniya), AEK (Yunanıstan), “Maynts” (Almaniya), AEK (Kipr).
Pley-off mərhələsinə vəsiqə qazananlar:
“Kristal Pelas” (İngiltərə), “Lex” (Polşa), “Samsunspor” (Türkiyə), “Çelye” (Sloveniya), AZ (Niderland), “Fiorentina” (İtaliya), “Riyeka” (Xorvatiya), “Yagelloniya” (Polşa), “Omoniya” (Kipr), “Noa” (Ermənistan), “Lozanna” (İsveçrə), “Drita” (Kosovo), “KuPS” (Finlandiya), “Şkendiya” (Şimali Makedoniya), “Zrinski” (Bosniya), “Siqma” (Çexiya”).
Pley-off mərhələsinin püşkü yanvarın 16-da atılacaq. Matçlar isə fevralın 19- və 26-da keçiriləcək.
saytlarin hazirlanmasi
