"Atletiko"nun Cakomo Raspadorinin "Roma"ya keçidini hansı şərtlə təsdiqləyəcəyi məlum olub. Daha əvvəl bildirildiyi kimi, Roma klubu 25 yaşlı hücumçunu qış transfer pəncərəsində heyətinə qatmaq istəyir.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, paytaxt təmsilçisi futbolçunun 2 milyon avroya icarəsi və 20 milyon avroya satınalma hüququ olan təklif irəli sürüb.
Madridlilər italiyalı futbolçunun oyunundan razıdırlar, lakin satınalma opsiyası məcburi olacağı halda onu buraxa bilərlər.
Qeyd edək ki, avqust ayında "Atletiko" Raspadorini "Napoli"dən 22+4 milyon avroya transfer edib və onunla 5 illik müqavilə imzalayıb.
saytlarin hazirlanmasi
