"Qarabağ"ın Çempionlar Liqasının liqa mərhələsindəki rəqiblərindən olan "Liverpul"da məşqçi ayrılığı yaşanıb.
Sportal.az xəbər verir ki, Aaron Briqqs komandanı tərk edib.
37 yaşlı ingilis Arne Slotun rəhbərlik etdiyi Mersisayd klubunda ötən ilin yayından işləyirdi.
Qeyd edək ki, "Liverpul" - "Qarabağ" matçı yanvarın 28-də Bakı vaxtilə saat 00:00-da start götürəcək.
saytlarin hazirlanmasi
