"Barselona"nın sabiq futbolçusu Miralem Pyaniç gələcəyi ilə bağlı yekun qərarını verib.
Sportal.az xəbər verir ki, bosniya və herseqovinalı yarımmüdafiəçi karyerasını başa vurub. Bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Pyaniç 35 yaşında oeşəkar futbolla vidalaşmaq qərarı verib.
Qeyd edək ki, Miralem Pyaniç karyerasını ərzində "Mets", "Lion", "Roma", "Yuventus", "Barselona", "Beşiktaş", "Əl-Şarja" və ÇSKA-da (Moskva) çıxış edir. O, Bosniya və Herseqovina millisinin heyətində 115 oyun keçirib.
saytlarin hazirlanmasi
