"Bu, məktəb kimidir, əsl qiymətlər iyun ayında veriləcək" - Kasilyas

22:14 - 31 Dekabr 2025

"Real"ın sabiq qapıçısı İker Kasilyas Madrid klubunun baş məşqçisi Xabi Alonsonun ünvanına səslənən tənqidlər barədə danışıb.

Sportal.az xəbər verir ki, Kasilyas " Bajo los palos" podkastında bunları qeyd edib:

"Düşünürəm ki, onun məruz qaldığı tənqidlər tamamilə ədalətsizdir. O, futbolu çox yaxşı bilən bir insandır. Başa düşürəm ki, “Real” ətrafında həmişə səs-küy, söhbətlər və sair olur, amma indi dekabr ayıdır və insanlar sanki bunu anlamırlar.

Əgər onlar “Barselona”dan 12 xal geri qalsaydılar və Kubokdan da kənarlaşdırılsaydılar, bu başqa məsələ olardı… Mən belə yanaşmanı heç sevmirəm, çünki bunu sadəcə başa düşə bilmirəm. Bunu müəyyən mənada məktəblə müqayisə edə bilərəm, övladınız məktəbə gedir, qiymətlər almalıdır, amma əsl qiymətlər iyun ayında veriləcək."

Xəbər xətti