"Vest Hem" "Jil Visente" klubunun hücumçusu Pablo Felipe ilə bağlı razılaşmanı yekunlaşdırmağa yaxındır.
Sportal.az xəbər verir ki, 21 yaşlı futbolçunun transferi ilə bağlı danışıqlar irəliləyib və artıq son mərhələdədir. Tibbi müayinə ən gec cümə gününədək baş tuta bilər. Əgər hər şey plana uyğun getsə, transfer şənbə günü "Vulverhempton"la keçiriləcək matçdan əvvəl rəsmiləşdirilə bilər.
İnsayder Fabritsio Romanonun bildirdiyinə görə, transferin məbləği 20 milyon avrodan çox olacaq. Futbolçunun şəxsi müqavilə şərtləri də artıq onun agenti Jorje Mendeş tərəfindən razılaşdırılıb.
Qeyd edək ki, cari mövsümdə Felipe Portuqaliya çempionatında 13 oyun keçirib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
