"Qarabağ" bu gün Çempionlar Liqasında növbəti matçını keçirəcək.
Sportal.az xəbər verir ki, Azərbaycan çempionu "Ayntraxt"ı qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 21:45-də start veriləcək.
"Qarabağ" 6 turdan sonra 7 xalla turnir cədvəlində 25-ci pillədədir.
"Ayntraxt” isə 4 xalla 33-cü pillədə qərarlaşıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar
21:45 Qarabağ – Ayntraxt (Frankfurt, Almaniya)
Baş hakim: Sandro Şerer (İsveçrə)
