Argentinalı “Real”ın tarixinə düşdü

10:35 - 21 Yanvar 2026

“Real”ın Çempionlar Liqasının 7-ci turunda “Monako”ya (6:1) qalib gəldiyi görüşdə 18 yaşlı argentinalı yarımmüdafiəçi Franko Mastantuono da fərqlənib.

Sportal.az xəbər verir ki, belədə, o, özünə Çempionlar Liqasında “Real”ın heyətində qol vurmuş üç ən gənc oyunçu arasında yer edib.

Mastantuono klubun heyətində Çempionlar Liqasında 18 yaş 159 günlükdə qol vurub.

Yalnız Hendrik (18 yaş 58 gün) və “Real”ın əfsanəvi hücumçusu Raul Qonsales (18 yaş 113 gün) bu rekordu daha gənc yaşlarında reallaşdırıblar. 
 

Xəbər xətti