PSJ-nin baş məşqçisi Luis Enrike hesab edir ki, komandanın hazırkı forması ötən mövsümün gərginliyi ilə bağlıdır.
Sportal.az xəbər verir ki, Enrike öz açıqlamasında bunları qeyd edib:
“Bu mövsümdə bütün oyunçuların hazır vəziyyətdə olması mümkün deyil. Bu, qeyri-mümkündür. Biz ötən mövsümdə baş verənlərin əvəzini ödəyirik. Futbolçular maşın deyil. Keçən mövsüm bu mövsüm üçün zəmin yaratdı.
Biz heç vaxt UEFA Çempionlar Liqası finalında iştirak etmiş on futbolçu ilə eyni anda oynamamışıq”.
saytlarin hazirlanmasi
