5,5 illik futboldan uzaqlaşdırılmış hakim Superliqada oyun idarə etdi

13:21 - 4 Mart 2026

Özbəkistan Super Liqasının 2-ci turunda keçirilmiş "Məşəl" - "Lokomotiv" görüşünü Casur Muxtorov idarə edib.

Sportal.az "Championat.asia" portalına istinadən xəbər verir ki, bu hadisə Özbəkistanda rezonans doğurub.

Məsələ burasındadır ki, Muxtorov 2020-ci ilin sonunda futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırılmışdı.

Ötən il onun diskvalifikasiya müddəti başa çatıb. Özbək hakim əvvəllər aşağı liqalarında oyunlarda baş hakim, Super Liqada isə ehtiyat hakim kimi işləyib. 

Muxtorov danışılmış oyunlarda iştirak etdiyi üçün 5,5 il müddətinə futboldan uzaqlaşdırılmışdı.
 

Xəbər xətti