Futbol üzrə Azərbaycan I Liqasında XVII tura start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Turun mərkəzi oyunu "Baku Sportinq"lə "Mingəçevir" arasında keçirilib. Matç qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb. Digər görüşlərdə "Şəfa" "Şahdağ Qusarı"ı, "Şimal" isə "Zaqatala"nı məğlub edib.
I Liqa, XVII tur
5 mart
"Baku Sportinq" - "Mingəçevir" 0:1
Qol: Q.Əlizadə, 90+2
"Şəfa" - "Şahdağ Qusar" 2:1
Qollar: T.Quliyev, 58, N.Əliyev, 65 - A.Kulibali, 90+2
"Zaqatala" - "Şimal" 3:4
Qollar: A.Babazadə, 27, R.Şabanov, 45, S.Abdullayev, 48 - C.Şahbazlı, 7, A.Qla, 33, N.Osmanov, 58, 89
