"Leypziq"in futbolçusu Yan Diomande karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" Fil Dişi Sahili milli komandasının üzvünü transfer etmək istəyir. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Almaniya klubu Diomandenin qiymətini müəyyənləşdirib. Onlar 19 yaşlı vinger üçün 100 milyon avro tələb edirlər.
Qeyd edək ki, "Leypziq" Yan Diomandeni mövsümün əvvəlində "Leqanes"dən 20 milyon avroya transfer edib. Gənc futbolçu Bundesliqa təmsilçisinin heyətində meydana çıxdığı 26 rəsmi matçda 10 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
