Neymar mart ayında keçiriləcək oyunlar üçün Braziliya millisinə çağırıla bilər.
Sportal.az xəbər verir ki, "Santos" hücumçusu hazırda 50-dən çox futbolçunun yer aldığı geniş siyahıya daxil edilib.
34 yaşlı futbolçu 11 martda "Mirassol" ilə oyunda iştirak etməyəcək. Buna görə də, onun milli komandaya dəvət almaq üçün baş məşqçi Karlo Ançelottini inandırmaq üçün cəmi bir oyunu - Korintiansa qarşı matçı qalacaq.
Bununla belə, italiyalı mütəxəssisin “Santos”un yaxın oyununa gələcəyi və Neymarla şəxsən görüşəcəyi bildirilir.
Qeyd edək ki, keçmiş "Barselona" və PSJ futbolçusu sonuncu dəfə 2023-cü ilin oktyabrında Braziliya millisinin heyətində meydana çıxıb.
saytlarin hazirlanmasi
