"Əl-Nəsr"in baş məşqçisi Jorje Jejuş mövsümün sonunda Səudiyyə Ərəbistanı klubundan ayrıla bilər.
Sportal.az xəbər verir ki, 71 yaşlı mütəxəssis məşqçilik karyerasını davam etdirmək üçün ölkəni dəyişmək qərarına gəlib və artıq klub rəhbərliyinə məlumat verib. Bu barədə "A Bola" nəşri məlumat yayıb.
Həmçinin qeyd olunur ki, Jejuş hazırda digər klublarla heç bir danışıqlar aparmır, diqqətini Kriştiano Ronaldonun da çıxış etdiyi "Əl-Nəsr"lə mövsümün son oyunlarına yönəldib.
Bundan başqa, Jejuşun karyerasını Türkiyədə davam etdirə biləcəyi barədə də məlumatlar var. Belə ki, "Fənərbaxça" onun üçün cəlbedici müqavilə hazırlayır. Türkiyə təmsilçisi mütəxəssisə mövsümlük 15 milyon avro civarında maaş təklif etməyə hazırdır. Portuqaliyalı baş məşqçi 2022/2023 mövsümündə İstanbul klubunu çalışdırıb.
Mövsümün başa çatmasına bir tur qalmış "Əl-Nəsr" Səudiyyə Ərəbistanı çempionatında liderlik edir və "Əl-Hilal"ı 5 xal qabaqlayır.
saytlarin hazirlanmasi
