"Real"ın yeni baş məşqçisi bəlli oldu

13:59 - 16 May 2026

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Madrid "Real"ının yeni çalışdırıcısı olacaq.

Sportal.az xəbər verir ki, La Liqa nəhənginin rəhbərliyi 63 yaşlı mütəxəssislə müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan şəxsi müqavilənin bütün detallarını razılaşdıra bilib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

​Həmçinin qeyd olunur ki, "Real" mütəxəssislə müqavilənin vaxtından əvvəl xitam verilməsinə görə Portuqaliya klubuna 7 milyon avro məbləğində təzminat ödəyəcək.

​Əlavə edək ki, Mourinyo 2010-2013-cü illərdə "Real"a rəhbərlik edib.

Xəbər xətti