"Nyukasl"ın futbolçusu Entoni Qordon karyerasını İspaniya La Liqasında davam etdirməyə yaxındır.
Sportal.az xəbər verir ki, "Barselona" ingiltərəli vingerin keçidini yekunlaşdırmaq üzrədir. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniya çempionu Qordonla şəxsi müqavilənin şərtlərini razılaşdırıb. 25 yaşlı oyunçu Hans Flikin rəhbərliyi altında oynamaq istəyir. Transferin təxminən 80 milyon avro qarşılığında tamamlanacağı bildirilir.
Qeyd edək ki, "Nyukasl" Entoni Qordonu 2023-cü ilin yanvarında "Everton"dan 45 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 46 rəsmi matçda 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
