"Sumqayıt"da iki ayrılıq - RƏSMİ

20:40 - 27 May 2026

"Sumqayıt" iki futbolçusu ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Aleksandr Ramalinqom və Rayan Senhadji ilə vidalaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Klub hər iki oyunçuya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

Qeyd edək ki, Aleksandr Ramalinqom və Rayan Senhadji 2025-ci ilin yayından "Sumqayıt"da çıxış edirdi.


Xəbər xətti