Şəxsi helikopteri ilə milli komandanın bazasına gəldi - baş məşqçi və komanda yoldaşları ilə qucaqlaşdı

23:12 - 27 May 2026

Neymar "Santos" klubunun hücumçusu kimi Braziliya milli komandasına qoşulub.

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu millinin 2026 dünya çempionatı üçün siyahısına düşüb və Braziliya Futbol Konfederasiyasının (CBF) məşq kompleksinə öz helikopteri ilə gəlib.

Neymar baş məşqçi Karlo Ançelotti, yarımmüdafiəçi Kasemiro və digər futbolçularla qucaqlaşıb.

Xatırladaq ki, keçmiş "Barselona" və PSJ oyunçusu 2023-cü ilin oktyabrından bəri Braziliya millisində oynamırdı. Onun hesabında 128 matçda 79 qol var və o, yığmanın tarixində ən yaxşı bombardirdir.

Xəbər xətti