İtaliya millisinin hücumçussu "Roma"ya keçməyə yaxındır

14:12 - 28 May 2026

"Atalanta"nın hücumçusu Canluka Skamakka A Seriyasında klubunu dəyişəməyə yaxındır.

Sportal.az xəbər verir ki, "Roma" italiyalı forvardı transfer etmək istəyir. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Paytaxt klubu 27 yaşlı futbolçu ilə 5 illik müqavilənin şərtlərini razılaşdırıb. Klublar arasında müzakirələr davam edir.

Qeyd edək ki, "Atalanta" Canluka Skamakkanı 2023-cü ilin yayında "Vest Hem"dən 28 milyon avroya transfer edib. İtaliya millisinin üzvü 2025/2026 mövsümündə Berqamo təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 14 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubu ilə müqaviləsi gələn ilin yayında başa çatır.

Xəbər xətti