Kriştiano Ronaldo Portuqaliya millisinin azarkeşlərinə müraciət edərək komandanı dünya çempionatında dəstəkləməyə çağırıb.
Sportal.az xəbər verir ki,DÇ-2026-nın qrup mərhələsinin ilk turunda Portuqaliya millisi iyunun 17-də Konqo yığması ilə qarşılaşacaq.
“Əynimizə bu formanı hər geyinəndə ilk gündə hiss etdiyimiz qüruru, ehtirası və məsuliyyəti yenidən yaşayırıq.
Sabah yeni bir səhifə açılır. Bu məqama çatmaq üçün çox çalışmışıq və indi ölkəmiz, eləcə də bizi burada və dünyanın hər yerində dəstəkləyən insanlar üçün hər şeyimizi ortaya qoymağın vaxtıdır. Biz inandığımız kimi siz də inanın! İrəli, Portuqaliya!” – deyə Ronaldo paylaşımında yazıb.
40 yaşlı hücumçu növbəti dünya çempionatında da komandasının əsas ümidlərindən biri hesab olunur və Portuqaliya millisi turnirə uğurlu start verməyə çalışacaq.
saytlarin hazirlanmasi
