"Mançester Yunayted" hücumçusu ilə yollarını ayrımağa hazırdır - 40 milyon funt qarşılığında

00:02 - 17 İyun 2026

"Mançester Yunayted" hücumçusu Markus Reşfordu 40 milyon funt-sterlinq qarşılığında satmağa hazırdır.

Sportal.az ESPN-ə istinadən xəbər verir ki, klub 28 yaşlı futbolçunun digər Premyer Liqa təmsilçilərinə transferinə açıqdır. Lakin bu şərt "Liverpul" və Maçester Siti üçün keçərli deyil. “Qırmızı şeytanlar” əsas rəqiblərinə Reşfordu satmaq niyyətində deyil və bu klublar üçün fərqli şərtlər tətbiq olunacaq.

Mənbənin bildirdiyinə görə, futbolçunun özü isə 2028-ci ilə qədər qüvvədə olan müqaviləsinin sonunadək “Mançester Yunayted”də qalmağa üstünlük verir.

Xatırladaq ki, Reşford ötən mövsümü icarə əsasında "Barselona"da keçirib. Lakin Kataloniya klubu onun 30 milyon avroluq satınalma bəndini aktivləşdirməkdən imtina edib. Bu səbəbdən ingiltərəli hücumçunun gələcəyi yenidən müzakirə mövzusuna çevrilib.

Xəbər xətti