"Neftçi" hazırda iki legioneri ilə yollarını ayırmaq istəyir.
Sportal.az saytına verilən məlumata görə, "ağ-qaralar" Andrey Ştoqrini komandadan göndərmək istəyir.
Hazırda ukraynalı futbolçu ilə danışıq gedir. Yuri Vernidubun planlarına daxil olmayan Ştoqrinin klubla müqavilə müddəti 2027-ci il iyunun 30-a qədərdir.
Ölkəmizi Konfrans Liqasında təmsil edəcək paytaxt klubu Alessio Kurçini isə icarəyə yollamağı planlaşdırır.
Hazırda Lüksemburq millisinin üzvü ilə də danışıq aparılır. Kurçinin isə müqavilə müddəti 2028-ci il iyunun 30-a kimiidir. Onları komandadan göndərdikdən sonra, "Neftçi"nin daha iki legioner transferini reallaşdıracağı ehtimal edilir.
Ən yaxşı halda "Neftçi" həm Ştoqrin, həm də Kurçini icarəyə göndərməyi nəzərdən keçirir.
Əlavə edək ki, hər iki futbolçu "Neftçi"nin Sloveniya toplanışına cəlb edilib.
saytlarin hazirlanmasi
