"Börnli"nin yarımmüdafiəçisi Lesli Uqoçukvu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Qalatasaray" fransalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə jurnalist Haluk Yürekli məlumat yayıb.
Türkiyə çempionu 22 yaşlı dayaq yarımmüdafiəçisini satınalma bəndi ilə transfer etmək istəyir. İstanbul nəhəngi oyunçu üçün İngiltərə klubu ilə danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Börnli" Lesli Uqoçukvunu 2025-ci ilin yayında "Çelsi"dən 28,7 milyon avroya transfer edib. Fransa U-21 millisinin üzvü 2025/26 mövsümündə Premyer liqada meydana çıxdığı 25 matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
