“Qəbələ” Səlahət Ağayevlə müqavilə müddətini uzadıb.
Sportal.az xəbər verir ki, təcrübəli qapıçı daha 1 il komandanın şərəfini qoruyacaq.
Səlahət Ağayev “Qəbələ”nin heyətində ümumilikdə 87 oyun keçirib. O, 2022-2023, 2024-2025 və 2025-2026-cı illər mövsümündə bölgə təmsilçisində çıxış edib.
Qolkiper Azərbaycan milli komandasının heyətində 22 oyunda meydana çıxıb.
saytlarin hazirlanmasi
