"Qarabağ"ı bu yay tərk edən futbolçuların sayı 9-a çatıb.
Sportal.az xəbər verir ki, Ağdam klubu Kamilo Duranla vidalaşıb. Kolumbiyalı hücumçu bundan sonra karyerasını Şotlandiyada davam etdirəcək. Ağdam təmsilçisi onu "Seltik"ə satıb - tərəflər arasında bütün şərtlər razılaşdırılıb.
“Qarabağ” Kamilo Duranı ötən ilin yayında Portuqaliyadan -“Portimonense”dən 200 min funt sterlinqdən də az məbləğə transfer etmişdi. 24 yaşlı forvar ötən mövsüm Çempionlar Liqasında 10 oyunda 5 qol vurub. Duran bu yay “Seltik”in Aleks Oksleyd-Çemberlendən sonra ikinci transferi olub.
"Qarabağ" kolumbiyalıdan öncə Toral Bayramov, Emmanuel Addai, Ramil Şeydayev, Sami Mmae, Kevin Medina, Fabian Buntiç, Amin Ramazanov və Leandro Andrade ilə vidalaşıb. (Sportinfo.az)
saytlarin hazirlanmasi
