FIFA bu tirnirdə komanda sayını artırmağı planlaşdırır

13:43 - 13 İyul 2026

FIFA Klublararası Dünya çempionatında iştirak edəcək kollektivlərin sayını artıemağı planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə UOL nəşri məlumat yayıb.

Ali futbol qurumu 2029-cu ildə keçiriləcək turnirdə klub sayını 32-dən 48-ə yüksəltmək variantını nəzərdən keçirir. Dünya çempionatının əvvəlki kimi yayda yox, qışda təşkil olunacağı gözlənilir.

Qeyd edək ki, ilk dəfə 32 klubun iştirakı ilə ötən ABŞ-də baş tutan Klublararası Dünya çempionatının qalibi "Çelsi" olub.

Xəbər xətti