"Aston Villa"nın yarımmüdafiəçisi Yuri Tilemans İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Mançester Yunayted" 29 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə "The Athletic" nəşri məlumat yayıb.
"Qırmızı şeytanlar" artıq təcrübəli oyunçu üçün danışıqlarda müsbət irəliləyiş əldə ediblər.
Qeyd edək ki, Yuri Tilemans 2023-cü ilin yayından "Aston Villa"da çıxış edir. Belçika milli komandasının kapitanı DÇ-2026-da meydana çıxdığı 6 matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
