"Sassuolo"nun müdafiəçisi Tarık Muharemoviç karyerasını İngiltərə Premyer Liqasında davam etdirəöcək.
Sportal.az xəbər verir ki, "Lids Yunayted" bosniya və herseqovinalı futbolçunun keçidini həll edib. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Artıq klublar arasında razılıq əldə olunub. "Lids Yunayted" 23 yaşlı mərkəz müdafiəçisi üçün İtaliya klubuna 40 milyon avro təzminat ödəyəcək. Bu məbləğin 50 faizi oyunçunun sabiq klubu "Yuevtus"un olacaq.
Qeyd edək ki, Bosniya və Herseqovina millisinin üzvü olan Tarık Muharemoviç 2025/26 mövsümündə "Sassuolo"nun heyətində meydana çıxdığı 33 rəsmi matçda 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
