"Qəbələ"dən ayrılan Eduard Kundenin yeni klubu məlum olub.
Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi karyerasını Kiprdə davam etdirəcək.
Kunde "Olimpiakos"la anlaşıb. Bu barədə Nikosiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 28 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Eduard Kunde 2025/26 mövsümündə "Qəbələ"də çıxış edib. Təcrübəli mərkəz müdafiəçisi "qırmızı-qaralar"ın heyətində 27 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
