Premyer Liqa klubu müdafiəçinin transferi ilə bağlı "Milan"la razılığa gəlmək istəyir

00:29 - 14 İyul 2026

Pervis Estupinyan karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Aston Villa" sol cinah müdafiəsini gücləndirmək üçün hazırladığı üç nəfərlik qısa siyahıya ekvadorlu futbolçunu da daxil edib və artıq transferlə bağlı danışıqlara başlayıb.

Bildirilir ki, Estupinyan daha əvvəl “Aston Villa”nın baş məşqçisi Unai Emeri ilə "Villarreal"da birlikdə çalışıb.

28 yaşlı müdafiəçi ötən mövsüm "Milan"ın heyətində A Seriyasında 19 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xəbər xətti