"Sabah"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi dəqiqləşib.
Sportal.az xəbər verir ki, KuPS evdə Şimali Makedoniyanın "Vardar" klubuna 2:3 uduzsa da, ilk oyunda 2:0 hesablı qələbə sayəsində 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
"Sabah" və KuPS arasında ilk görüş iyulun 21-də Bakıda, cavab matçı isə iyulun 28-də Kuopioda(Finlandiya) keçiriləcək.
Qeyd edək ki, "Sabah" ÇL-in 1-ci təsnifat mərhələsində Uelsin TNS klubunu hər iki görüşdə məğlub etmişdi (2:0, 1:2).
saytlarin hazirlanmasi
