Mahir Emreli seçimini etdi - Polşaya geri qayıdır

13:22 - 15 İyul 2026

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşaya qayıtmağa yaxındır.

Sportal.az saytına verilən məlumata görə, 29 yaşlı futbolçu “Rakov”la danışıq aparır.

Əslində, Polşa klubu Mahirin razılığını alıb. Hazırda “Rakov” rəsmiləri “Kayzerslautern”lə danışıqları davam etdirir.

Millimizin üzvünün “Rakov”la müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Qeyd edək ki, Emreli Polşada “Legiya” formasını geyinib.

Xəbər xətti