"Fransızlar özlərinə bəhanə axtarmaq məcburiyyətindədirlər" - ispaniyalı müdafiəçi

20:03 - 15 İyul 2026

İspaniya yığmasının yarımmüdafiəçisi Markos Lyorente DÇ-2026-nın yarımfinal mərhələsinin Fransaya qarşı matçını (2:0) şərh edib.

Sportal.az xəbər verir, o rəqib oyunçuların hakimlə bağlı fikirlərinə münasibət bildirib:

"Biz ona görə qalib gəldik ki, daha yaxşı oynadıq. Fransızlar isə özlərinə bəhanə axtarmaq məcburiyyətindədirlər. Şübhələrə baxmayaraq, həmişə özümüzə və ideyamıza inanmışıq. 

​Ümid edirəm ki, finalda biz qalib gələ biləcəyik. Komandada heç kim xüsusilə seçilmir. Çünki hamımız əla səviyyədəyik. Dünya çempionatındakı uğurumuz komanda, birlik, ailə atmosferi və xoş ovqatdan ibarətdir".

Xəbər xətti