Rodridən rekord göstərici

21:24 - 15 İyul 2026

İspaniya millisi DÇ-2026-nın yarımfinalında Fransanı məğlub edib (2:0).

Sportal.az xəbər verir ki, bu matçda İspaniya yığmasının yarımmüdafiəçisi Rodri 67 ötürmədən 58-ni dəqiq yerinə yetirib.

​30 yaşlı futbolçu DÇ-2026-da keçirdiyi 7 oyunda 655 dəqiq ötürmə edib. Bu, 1966-cı ildən bəri dünya çempionatlarının bir turnirində qeydə alınan ən yaxşı göstəricidir. Onun ötürmələrinin dəqiqliyi 93 faiz təşkil edir. Rodri mundialda ümumilikdə 705 ötürmə edib.

Qeyd edək ki, ​təcrübəli dayaq yarımmüdafiəçisi DÇ-2026-da 7 görüş keçirib və onlardan 6-da meydanda sona qədər qalıb. O, yalnız Kabo-Verde ilə qarşılaşmada 87-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti