"Yuventus" Türkiyə millisinin müdafiəçisi Zeki Çeliki heyətinə qatıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu daha əvvəl "Roma" ilə yeni müqavilə barədə şifahi razılıq əldə etsə də, sonda Turin klubunun təklifini qəbul edib.
Çelik “Yuventus”la üç illik müqavilə imzalayıb.
Türkiyəli müdafiəçi iyulun 1-dən etibarən azad agent statusunda idi. Onun “Roma” ilə müqaviləsinin müddəti başa çatdığı üçün Turin təmsilçisi futbolçunu transfer haqqı ödəmədən heyətinə cəlb edib.
saytlarin hazirlanmasi
