“İmişli” yay təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportal.az xəbər verir ki, bölgə təmsilçisi “Qarabağ-2” ilə qarşılaşıb və görüş 5:1 hesablı qələbə qazanıb. Premyer Liqa klubunun qollarının ikisini Juninyo, digərlərini isə Dioqo Almeyda, Nicat Quluzadə və Dioqo Kardozu vurub.
“İmişli” növbəti yoxlama oyununu iyulun 24-də Bakı Olimpiya Stadionunda “Araz-Naxçıvan” komandasına qarşı keçirəcək.
saytlarin hazirlanmasi
